
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi – Rusiya Hava Kosmik Qüvvələrinin Baş Komandanının silahlandırma üzrə müavini, general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyətinin ölkəmizin aidiyyəti qurumlarının rəhbər şəxsləri ilə görüşlər keçirməsi nəzərdə tutulur. Görüşlərdə hərbi-texniki əməkdaşlıq, silahlanma sahəsində qarşılıqlı maraq doğuran məsələlər və regional təhlükəsizlik mövzularının müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq müxtəlif platformalar çərçivəsində davam etdirilir. Mövcud səfər də bu əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli hesab olunur.






