
Fevralın 27-də Azərbaycanda rəsmi səfərdə olan Abiy Əhməd Əli Fəxri xiyabanı ziyarət edib.
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ziyarət zamanı ali qonaq Ulu Öndərin xatirəsinə hörmətini ifadə edib.





