
Elmar Məmmədov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Cavidan Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb. O, bundan sonra Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsini icra edəcək.
Kamran Məmmədzadə isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.
Qeyd edək ki, sözügedən təyinatlar Azərbaycanın xarici diplomatik nümayəndəliklərində fəaliyyətin daha da gücləndirilməsi məqsədi daşıyır.





