
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında “Gender Hub Azerbaijan” tərəfindən təşkil olunan beşinci “Woman Bazaar” festivalından görüntülər paylaşıb.
Paylaşımda festival çərçivəsində təşkil edilən sərgilər, qadın sahibkarların məhsulları və müxtəlif sosial təşəbbüslər əks olunub. Tədbir qadınların iqtisadi və ictimai fəallığının artırılmasına, onların biznes və yaradıcılıq imkanlarının genişləndirilməsinə dəstək məqsədi daşıyıb.
Qeyd edək ki, “Woman Bazaar” festivalı hər il qadın sahibkarları və yaradıcı xanımları bir araya gətirərək onların fəaliyyətinin təşviqinə xidmət edir. Tədbir çərçivəsində müxtəlif təqdimatlar, ustad dərsləri və sosial layihələr nümayiş olunur.













