
Qanuntv.az xəbər verir ki, Bakıda və Abşeronda eşidilən dron səsi Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarına (PUA) aiddir. Müdafiə Nazirliyi bildirir ki, narahatlığa heç bir əsas yoxdur.
Nazirliyin məlumatına görə, təhlükəsizliyin təmin olunması üçün mütəmadi təlim uçuşları həyata keçirilir. “Təşviş yaradan yazılara aldanmayın, qohuma-qonşuya zəng etməyə ehtiyac yoxdur”, – məlumatda vurğulanıb.
Qeyd olunur ki, martın 15-dən 16-na keçən gecə Bakı və Abşeronda, o cümlədən Əhmədli, Buzovna, Balaxanı və bir neçə kənd və qəsəbələrdə sakinlər dron səslərini aydın eşidiblər.





