
Azərbaycan Xarici İşlər Nazirliyi İrlandiyanın Milli Günü münasibətilə təbrik paylaşımı edib.
Nazirliyin rəsmi sosial media hesabında yayımlanan mesajda İrlandiya hökumətinə və xalqına səmimi arzular çatdırılıb.
Paylaşımda qeyd olunub:
“İrlandiyanın Milli Günü münasibətilə İrlandiya hökumətinə və xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.
Milli Gününüz mübarək!”
Qeyd edək ki, bu cür təbrik mesajları dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verir.





