
Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı baş tutub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları müqəddəs Ramazan bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlara firavanlıq və yeni uğurlar arzulayıblar.
Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər. Eyni zamanda, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında Yaxın Şərqdə mövcud vəziyyət də müzakirə olunub, bölgədə gərginliyin siyasi və sülh yolu ilə tezliklə aradan qaldırılmasının vacibliyi vurğulanıb.





