
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin regionda gərginlik istəmədiyini bəyan edib.
O, İslam ölkələrinə və qonşu dövlətlərə müraciət edərək bildirib: “Siz bizim qardaşlarımızsınız və biz sizinlə münaqişəyə can atmırıq.”
Pezeşkian vurğulayıb ki, İran regionda sülh və sabitliyin qorunmasının tərəfdarıdır və qarşılıqlı əməkdaşlığın gücləndirilməsini vacib hesab edir.
Onun sözlərinə görə, Yaxın Şərqdə təhlükəsizliyin təmin olunması üçün ölkələr arasında dialoq və birgə fəaliyyət əsas rol oynamalıdır.
Qeyd edək ki, bu açıqlama regionda artan gərginlik fonunda səsləndirilib.





