
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində xüsusi xidmətləri olan şəxslərin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, sənədə əsasən, ölkədə minatəmizləmə fəaliyyətində fərqlənən bir qrup hərbçi və mülki şəxs “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.
Təltif edilənlər arasında polkovnik Bağırov Ceyhun Əkbər oğlu, istefada olan polkovnik Daşdəmirov Mehman Qəhrəman oğlu, mayor Məmmədov Süleyman Abdulla oğlu, kapitanlar Abdulov Səyahət Namik oğlu və Salahov Nurlan Bilal oğlu da yer alır.
Bununla yanaşı, siyahıda Ağayev Hüseyn Osman oğlu, Cəfərov Vüsal Nurəddin oğlu, Cəlilov Şahin Səhlədar oğlu, Əliyev Rəşad Radin oğlu, Əliyev Fədai Azər oğlu, Hüseynov Azər Fehruz oğlu, Hüseynov Xaliq Araz oğlu, Hüseynov Namiq Əbdülrəhim oğlu, Hüseynov Nizami Rasim oğlu, İsayev Raqif Deputat oğlu (ölümündən sonra), Qasımov Ruslan Teymur oğlu, Qasım-zadə Orxan Əhməd oğlu, Məmmədov İldırım Məhərrəm oğlu, Məmmədov Kamran Nadir oğlu, Mirzəyev Babək Vəkil oğlu, Namazov Füzuli Hidayət oğlu, Rəhimov Rəhim Naib oğlu, Səfiyev Bəhruz Tofiq oğlu, Süleymanov Həşim Ramiz oğlu və Zülfüqarov Namiq Tofiq oğlu kimi şəxslər də yer alıb.
Qeyd edək ki, bu təltiflər işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı minatəmizləmə işlərində göstərilən xidmətlərin qiymətləndirilməsi məqsədi daşıyır.





