
Türkiyədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin sədri Alen Simonyan ilə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.
Məlumata görə, tərəflər parlamentlərarası əməkdaşlıq və regional dialoq məsələlərini müzakirə edirlər. Görüşün davam etdiyi bildirilir.





