
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ABŞ Prezidenti Donald Trump ilə telefon danışığı aparıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Ərdoğan Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyində baş verən hücum cəhdi ilə əlaqədar Trampa başsağlığı verib və hadisəni pisləyib.
Türkiyə lideri baş verən insidenti demokratiya və söz azadlığına qarşı yönəlmiş mənfur əməl kimi qiymətləndirib, həmçinin yaralanan təhlükəsizlik əməkdaşına şəfa diləyib.
Telefon danışığı zamanı tərəflər hadisə ilə bağlı fikir mübadiləsi aparıblar.





