
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 27 il ötür.
Qanuntv.az xəbər verir ki, XTQ 1999-cu il aprelin 30-da Azərbaycan Müdafiə Nazirliyi nəzdində formalaşdırılıb.
Qüvvələrin yaradılmasında birinci Qarabağ müharibəsi iştirakçıları olan zabit və gizirlər mühüm rol oynayıblar.
XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının da böyük dəstəyi olub. Hərbi qulluqçuların hazırlanmasında Türkiyə və Pakistan hərbi akademiyaları ilə əməkdaşlıq həyata keçirilib.
Qüvvələr müxtəlif döyüş əməliyyatlarında, o cümlədən 2016-cı ilin aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsində fəal iştirak edib.
II Qarabağ müharibəsi zamanı XTQ bölmələri bir sıra ərazilərin azad olunmasında mühüm rol oynayıb.
Müharibə dövründə göstərdikləri şücaətə görə XTQ-nin 36 hərbi qulluqçusu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.





