
Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqnun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Fəxri xiyabanı ziyarət edib.
Nümayəndə heyətinin üzvləri xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə tər güllər qoyublar.
Ziyarət zamanı qonaqlara Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyevin rolu və xidmətləri barədə məlumat verilib.






