
Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlığa dair imzalanmış saziş təsdiq edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezident.az məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanıb.





