
“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-də yeni kadr təyinatı həyata keçirilib. Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, qurumun direktor müavini vəzifəsi Hüseyn Əsgərliyə həvalə edilib.
Qeyd edək ki, H.Əsgərli bu təyinatadək Naxçıvan Dövlət Universitetinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.





