
Cəbrayıl rayonunun Şükürbəyli kənd sakinlərindən biri Prezident İlham Əliyev ilə görüş zamanı duyğusal fikirlər səsləndirib.
Qanuntv.az xəbər verir ki, sakin dövlət başçısına müraciət edərək tarixi qələbəyə görə minnətdarlığını bildirib:
“Bu gün bizə bu tarixi günü yaşatdığınız üçün, bizi öz torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə ürəkdən cansağlığı, uzun ömür arzulayıram. Mən müəlliməm.
Bu gün bizim görüşümüz elə bir tarixi günə təsadüf edir ki, ulu öndərimizin doğum günü ərəfəsindəyik, onu biz bütün respublika səviyyəsində qeyd edirik”.
Sakin qeyd edib ki, tələbəlik illərindən ümummilli lider Heydər Əliyevin çıxışlarını böyük maraqla izləyib və onun “Biz Qarabağa qayıdacağıq” fikirlərini heç vaxt unutmayıb.
“Möhtərəm Prezident, onun qoyduğu o böyük siyasəti Siz elə bir uğurla davam etdirdiniz ki, bu gün Qarabağ artıq bizimdir. Qarabağın bütün bölgələrində artıq quruculuq işləri başlayıb, bütün həyat canlanır, insanlar öz doğma yurdlarına qovuşublar. Buna görə Sizə minnətdarıq, təşəkkür edirik”, - deyə sakin vurğulayıb.





