
Dövlət Statistika Komitəsində yeni kadr təyinatı həyata keçirilib.
Komitənin sədri Azər Mursaqulovun imzaladığı müvafiq əmrlə Samir Qənili sədr müşaviri vəzifəsinə gətirilib.
Məlumata görə, Samir Qənili bundan əvvəl “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi vəzifəsində çalışıb. O, həmin dövrdə qurumun rəqəmsallaşma və texnoloji idarəetmə sahəsində bir sıra layihələrə rəhbərlik edib.
Yeni təyinatla bağlı əlavə rəsmi açıqlama verilməyib.




