
İsrailin Baş naziri Benjamin Netanyahu Qüdsdə yerləşən tibb müəssisələrindən birinə hospitalizasiya olunub.
Yerli KİV-in yaydığı məlumata görə, baş nazirə “konkretləşdirilməyən stomatoloji prosedur” tətbiq edilir.
Məlumata əsasən, prosedurun detalları açıqlanmasa da, Benjamin Netanyahunun sağlamlıq vəziyyəti ilə bağlı ictimai narahatlıqların davam etdiyi bildirilir.
İsrail hökuməti tərəfindən məsələ ilə bağlı hələlik əlavə açıqlama verilməyib.





