
Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, bununla bağlı məlumat Prezidentin rəsmi saytında yerləşdirilib.
Sərəncama əsasən, elm sahəsi üzrə Dövlət Mükafatına Asəf Hacı oğlu Hacıyev “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə layiq görülüb.
Tarix Meyrut oğlu Dostiyev isə orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə mükafatlandırılıb.
Mədəniyyət sahəsində Dövlət Mükafatı Eldar Hidayət oğlu Mikayılzadəyə təqdim olunub. O, “Azərbaycan xalçası - ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə bu ada layiq görülüb.





