
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Pakistanın baş nazir müavini və xarici işlər naziri İshaq Dar ilə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, bu barədə məlumat mfa.gov.az nin “X” hesabında paylaşılıb.
Görüş zamanı tərəflər Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqun və qardaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Tərəflər iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, müdafiə sənayesi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə olunub.





