
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Böyük Qaladərəsi kəndi ərazisində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüş keçirib.
Səfər çərçivəsində Şuşa rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülən işlər barədə ətraflı məlumat verib.
Məlumata görə, Böyük Qaladərəsi kəndində yaşayış evlərinin bərpası, yeni infrastrukturun qurulması və köç prosesinin mərhələli şəkildə həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri çərçivəsində kəndin müasir yaşayış standartlarına uyğun şəkildə yenidən qurulması hədəflənir.












