
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərində yerləşən Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb.
Mərasim zamanı dövlət başçısı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Xankəndidə yaradılan Zəfər parkı və burada ucaldılan Zəfər tağı Qarabağda əldə olunan tarixi qələbənin simvollarından biri hesab olunur.










