
İran Silahlı Qüvvələri ölkənin cənub bölgələrindən müəyyən hədəflərə doğru raketlər atıb.
Məlumata görə, bu barədə “Fars” agentliyi öz “Telegram” kanalında məlumat yayıb. Bildirilib ki, raketlərin dəqiq hədəfi hələlik açıqlanmayıb, lakin bəzi mənbələr Fars körfəzi sularında toqquşma ehtimalından danışır.
Daha sonra “Mehr” agentliyi məlumat yayıb ki, İran Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında dörd gəmiyə doğru xəbərdarlıq atəşi açıb.
Məlumata əsasən, həmin gəmilər razılaşdırılmadan boğazdan keçməyə cəhd göstərib.





