
İran Hörmüz boğazında gərginliyi daha da artıran addım atıb. Məlumatlara görə, rəsmi Tehran keçid məhdudiyyəti fonunda boğazdan hərəkət etməyə cəhd edən 10 neft tankerinə hücum edib.
Bildirilir ki, hücumlar müxtəlif hərbi vasitələrlə həyata keçirilib və bəzi tankerlərə ciddi ziyan dəyib. İran tərəfi hadisəni təhlükəsizlik tədbiri kimi təqdim edərək, bölgədəki hərbi-siyasi proseslərə cavab xarakteri daşıdığını bildirib.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur. Burada yaranan hər hansı gərginlik qlobal enerji bazarına birbaşa təsir göstərir.





