
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asəf Hacı oğlu Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Qanuntv.az xəbər verir ki, Sərəncama əsasən, Asəf Hacıyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında göstərdiyi xidmətlərə görə bu ali mükafata layiq görülüb.
Qeyd edək ki, Asəf Hacıyev uzun illər ictimai-siyasi və elmi sahədə fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə Milli Məclisin deputatı olub və hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında rəhbər vəzifədə çalışır.





