
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 28 min 631 körpənin doğumu qeydə alınıb.
Rəsmi məlumatlara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9,4-dən 8,5-ə enib.
Doğulan körpələrin 53,6 faizini oğlanlar, 46,4 faizini isə qızlar təşkil edib. Qeydiyyata alınan doğumlardan 980-i əkiz, 39-u isə üçəm doğuluşu olub.
Eyni zamanda, bu ilin ilk dörd ayında ölkədə 21 min 277 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi isə ötən ilin eyni dövrü ilə müqayisədə 6,1-dən 6,3-ə yüksəlib.
Beləliklə, rəsmi statistik göstəricilər ölkədə doğum sayının azaldığını, ölüm hallarının isə artdığını ortaya qoyur.





