
Ötən il orta məktəbi əla qiymətlərlə başa vuran 513 məzun qəbul imtahanlarında 0-200 bal aralığında nəticə göstərib.
Qanuntv.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunan 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarda qeyd olunub.
Məlumata əsasən, 513 əlaçı məzundan 481 nəfəri 100-200 bal, 32 nəfəri isə 0-100 bal aralığında nəticə əldə edib.
Statistik göstəricilərdə diqqət çəkən digər məqam isə attestat qiymətləri ilə qəbul imtahanı nəticələri arasındakı fərqlə bağlı olub. Belə ki, orta attestat balı "3" olan bir nəfər qəbul imtahanlarında 500-700 bal aralığında nəticə göstərərək yüksək göstəriciyə imza atıb.
Qeyd olunub ki, təqdim edilən rəqəmlər məktəb qiymətləri ilə qəbul imtahanlarının nəticələri arasında müəyyən uyğunsuzluqların olduğunu bir daha ortaya qoyur.





