
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Fazil qızı Qurbanova tutduğu vəzifədən azad olunub.
Qanuntv.az xəbər verir ki, bu barədə Demokrat.az məlumat yayıb.
Bildirilib ki, səhiyyə naziri Teymur Musayevin əmrinə əsasən, Cəmilə Qurbanova iyunun 3-dən etibarən "Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu" publik hüquqi şəxsin direktoru vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda institut direktorunun səlahiyyətlərinin icrası baş həkim Xuraman Bağırovaya həvalə olunub.
Nazirlik vəzifədən azad olunmanın səbəbləri ilə bağlı əlavə açıqlama verməyib.





