
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Ağyazıbuduq kəndində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, minik avtomobili naməlum səbəbdən su hovuzuna düşüb. Hadisə nəticəsində avtomobildə olan 1957-ci il təvəllüdlü Rafiq Kərimov həyatını itirib.
Əraziyə cəlb olunan FHN-in dalğıc-xilasediciləri tərəfindən mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Qanuntv.az





