
Məktəbəqədər təhsil uşaqların şəxsiyyət kimi formalaşmasında, onların intellektual və mənəvi inkişafında mühüm rol oynayan ən vacib mərhələlərdən biridir. Bu sahədə çalışan rəhbərlərin fəaliyyəti isə gələcək nəslin yetişdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Gədəbəy rayonunun Nova Saratovka kənd körpələr evi-uşaq bağçasının rəhbəri Svetlana Əliyeva da öz fəaliyyəti ilə diqqət çəkən, təhsil sahəsində məsuliyyət və peşəkarlıq nümayiş etdirən rəhbərlərdən biri kimi dəyərləndirilir.
Müasir pedaqoji yanaşmalara əsasən, erkən yaş dövründə uşaqlara yaradılan sağlam sosial və psixoloji mühit onların gələcək inkişaf göstəricilərinə birbaşa təsir edir. Bu baxımdan rəhbərlik etdiyi müəssisədə uşaqların təhlükəsizliyi, onların mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli məktəbəqədər təhsil alması istiqamətində həyata keçirilən fəaliyyət xüsusi əhəmiyyət daşıyır.
Svetlana Əliyevanın rəhbərlik etdiyi kollektivdə nizam-intizamın, qarşılıqlı hörmətin və sağlam iş mühitinin formalaşdırılması, təlim-tərbiyə prosesinin səmərəli təşkili və uşaqların hərtərəfli inkişafına göstərilən diqqət ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.
Təhsil sahəsində fəaliyyət göstərən şəxslərin əsas missiyası yalnız idarəçilik funksiyasını yerinə yetirmək deyil, həm də gələcək nəslin formalaşmasına mənəvi töhfə verməkdir. Bu mənada Svetlana Əliyevanın fəaliyyəti məktəbəqədər təhsil sisteminin inkişafına xidmət edən nümunələrdən biri kimi diqqəti cəlb edir.
Qanuntv.az olaraq, cəmiyyətin inkişafına, uşaqların sağlam və savadlı böyüməsinə xidmət edən təhsil işçilərinin fəaliyyətinin işıqlandırılmasını vacib hesab edir və Nova Saratovka kənd körpələr evi-uşaq bağçasının rəhbəri Svetlana Əliyevaya gələcək fəaliyyətində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulayırıq.
Mənbə: Qanuntv.az





