
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Məlumata əsasən, səfər çərçivəsində iyulun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçiriləcək.
Görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin mövcud vəziyyəti, ikitərəfli əməkdaşlığın perspektivləri, regional və beynəlxalq gündəmdə yer alan məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuların müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi və diplomatik münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.





