
Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Bakıda yerləşən Zəfər parkını ziyarət edib.
Qanuntv.az xəbər verir ki, qonağın şərəfinə parkda fəxri qarovul dəstəsi düzülüb.
Fələstinin Baş naziri Zəfər abidəsinin önünə əklil qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.
Ziyarət zamanı Məhəmməd Mustafaya Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq, əldə olunan tarixi Zəfər və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan Zəfər parkı barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edilib ki, Zəfər parkı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin, xalqın birliyinin və qəhrəman şəhidlərin xatirəsinin gələcək nəsillərə çatdırılması məqsədilə yaradılıb.
Qeyd edək ki, Fələstin Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.







