
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
Qanuntv.az xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə olmaqla, ümumilikdə 52 nəfər köçürülüb.
Köçürülən ailələr doğma yurdlarına qayıtmağın sevincini yaşayıb. Onlar üçün kənddə bütün zəruri sosial və məişət şəraiti yaradılıb.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində mərhələli şəkildə köç prosesləri davam etdirilir.





