• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Türkiyənin əlindəki “İsveç kartı”: Daxili və xarici siyasət üçün alətlər - TƏHLİL [xfvalue_red]

2 Şub, 23 - 19:47

Türkiyənin əlindəki “İsveç kartı”: Daxili və xarici siyasət üçün alətlər - TƏHLİL


İsveçlə Finlandiyanın, xüsusilə birincinin NATO qapılarını aralayıb Alyansın üzvünə çevrilməsi müşkülləşir.

Türkiyə İsveçin PKK-ya dəstəyinin kəsilməyəcəyindən ehtiyat edir və aldanmış dövlət imici qazanmamaq üçün İsveçin NATO yolunun önünə sədd çəkir.

Səddi qaldıra biləcək mexanizmlər də mürəkkəbləşir, çünki İsveçin NATO ailəsinin üzvü olmaqda ləngiməsi Rusiyanın manevr imkanlarını genişləndirir.

Qısası, Türkiyə ilə İsveç arasındakı gərginlik Rusiyanın işinə yarayır və mümkündür ki, Ankara Moskva ilə yaxın təmaslarla bu mövzunu gündəlikdə saxlayır.

Türkiyə Rusiya-Ukrayna müharibəsi ilə Moskvanın və NATO-nun zəifləyən yerlərini doldura bilən gücə sahiblənir.

Ankara strateji incəliklər üzərində məharətlə oynayaraq həm NATO-nun, həm də Rusiyanın ona minnətçi düşməsini hədəfləyir.

Bu, Türkiyənin tərəflər arasındakı ziddiyyətlərin meydana çıxardığı boşluqlara sızaraq orada möhkəmlənməsinə münbit zəmin yaradır.

Ankaranın oyunçuluq bacarıqlarının yüksəlməsi onun PKK-ya qarşı mübarizə çərçivələrini də böyüdür.

Türkiyənin İsveçin üzünə “NATO qapısı”nı bağlaması həm PKK əleyhinə cəbhənin, həm də Ankaranın iradəsinin ziddinə olanların aktivləşməsi üçün şərait yaradır.

Bu baxımdan Ankara “İsveç kartı”nı Qərbdə güclənən anti-Türkiyə ovqatına qarşı oynayır.

Türkiyə Qərbi öz iradəsinə tabe etdirmək istəyir və bununla həm daxili, həm də xarici siyasətdəki alətlərini gücləndirməyi hədəfləyir:

Daxili məsələ: Türkiyə iqtidarı prezident seçkisinin vaxtı yaxınlaşdıqca, Qərb mənşəli artan təzyiqlərlə üzləşir. Bu prizmadan Türkiyə İsveçin NATO üzvlüyünə iki halda razılıq vermək üçün Qərbi öz şərtləri qarşısında aciz duruma salmaq istəyir:

Birincisi, İsveç PKK-nı dəstəkləməkdən vaz keçsin;

İkincisi, Qərb Türkiyədəki prezident seçkisində təxribatlar hazırlamaqdan kənarda dursun.

Xarici məsələ: Türkiyə Yaxın Şərqdən Afrikaya, Cənubi Qafqaza qədər uzanan geniş coğrafiyadakı strateji əsaslarını bərkitməkdə inadkardır. Türkiyə İsveçin NATO-ya üzv olması müqabilində NATO-nun həmin coğrafiyalarda Ankaraya dəstəyini gücləndirməyi tələb edə bilər.

Digər yandan, Ankara ABŞ ilə olan problemlərinin həll açarını “İsveç kartı” ilə cilalamağa çalışır, məqsədlərdən biri də “F-16” və “F-35” qırıcı təyyarələrinin tədarükünə nail olmaqdır.

Düşünə biləcəyimiz başqa mövzu Yunanıstanın Türkiyəyə qarşı hədələridir, Ankara Qərbdən dəstək alıb Afinanı diplomatik-siyasi yollarla zərərsizləşdirməyi arzulayır.

Bəlkə də, NATO-ya üzv olmaq eşqi ilə alışıb-yanan İsveç hansısa məqamda geri addım atacaq, lakin Türkiyənin tələblər portfelinin geniş olması Qərb üçün məqbul deyil.

Rusiya bundan istifadə edərək İsveçin NATO üzvlüyü üçün prosesləri iynələməyə çalışacaq.

Bu məqamda Türkiyə Rusiya ilə daha da yaxınlaşa bilər, hərçənd ki, Ankaranın NATO-dakı mövqeyi onu bəzi məsələlərdə Moskva ilə rəqib edir.

Proseslər Rusiya-Ukrayna müharibəsinin nəticələrinin aydınlaşması fonunda yönləndiriləcək. Lakin İsveçin NATO-ya üzv olub-olmamasından asılı olmayaraq onun və Qərbin Türkiyəyə qarşı tövründə əsaslı dəyişiklik gözlənilmir.

İsveçin Alyansa üzvlüyünü axsatmaq Rusiya ilə Türkiyənin Suriyada və Cənubi Qafqazdakı müştərək maraqlarına müsbət təsir edə bilər.

Türkiyə Rusiyaya öz maraqları önündə maneə yaratmamasını şərt kimi irəli sürə bilər.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Ərdoğan İsveçə XƏBƏRDARLIQ ETDİ
backend
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Türkiyə səfiri ilə görüşdü
backend
Ərdoğanla görüşdən sonra Baydendən F-16 AÇIQLAMASI
backend
Finlandiya və İsveç Türkiyə ilə razılaşdı - Terrorla mübarizə aparacaqlar
backend
Akardan İsveç və Finlandiyaya XƏBƏRDARLIQ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 140

XƏBƏR LENTİ

Bakıda motosiklet qəzasında ana və oğlu öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5314 Eyl
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib – SƏNƏDLƏR İMZALANDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5114 Eyl
Maliyyə nazirinin yeni müşaviri təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4714 Eyl
Bərdədə doğuş xəstəxananın həyətində baş verdi – körpə avtomobildə dünyaya gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4514 Eyl
İlham Əliyev “SABAH. city” innovasiya şəhərciyinin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3414 Eyl
Məktəblər açılır: BDYPİ-dən sürücülərə və valideynlərə XƏBƏRDARLIQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3314 Eyl
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri açıqlanır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0414 Eyl
İranda ABŞ hücumlarına qarşı minlərlə könüllüdən ibarət batalyonlar yaradılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0014 Eyl
Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5814 Eyl
Trampdan Zelenskiyə çağırış: “Rusiyada dizel yanacağına zərbə vurmayın” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5314 Eyl
Azərbaycanda çoxuşaqlı ailə meyarı dəyişə bilər: 3 uşaqlı ailələr də bu kateqoriyaya daxil ediləcək? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4713 Eyl
Xalq artisti Ofeliya Sənani yıxılaraq xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4213 Eyl
Mingəçevirdə çoxmərtəbəli binada yanğın baş verdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4013 Eyl
Si Cinpin: “Kim güclüdürsə, o da haqlıdır” məntiqi rədd edilməlidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2513 Eyl
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşdu: 21 nəfər yaralandı – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2313 Eyl
İsmayıllıda avtomobil yandı: ölən və yaralananın adı məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3513 Eyl
Səudiyyə aviasiyası Yəmənə 129 zərbə endirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3113 Eyl
Rəşid Məmmədəliyev Macarıstan Böyük Dəbilqəsinin qalibi oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2813 Eyl
Yaponiyada atletika çempionatında kütləvi qida zəhərlənməsi: 28 nəfər xəstəxanaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1713 Eyl
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsin hökmü açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0913 Eyl
Ayı hücumundan xilas etmək istəyərkən oğlunu güllələdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0712 Eyl
Bakıda qaydaları davamlı pozan motosiklet sürücüsü həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0112 Eyl
“Qalatasaray”da böyük dəyişiklik: 3 ulduz futbolçu göndərilə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5712 Eyl
Qayıq çevrildi, iki qohumu öldü: 15 yaşlı yeniyetmə 3 gün dənizdə qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3512 Eyl
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3212 Eyl
Bakıda “Mercedes”in vurduğu piyada xəstəxanada öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2512 Eyl
Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0312 Eyl
Şuşada Meksika ənənəsi: Hikmət Hacıyev yeni diplomatik təşəbbüsdən danışdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0912 Eyl
Prezident 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planını təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0012 Eyl
Şəkidə çaqqal hücumu: Dörd nəfər xəsarət alıb – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5412 Eyl
Hikmət Hacıyev: Azərbaycan davamlı sülh üçün səylərini davam etdirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5211 Eyl
Hacıqabul sakini elektrik cərəyanından ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4911 Eyl
Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4311 Eyl
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3811 Eyl
Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3411 Eyl
Ağdərədə mina partlayıb: 21 yaşlı gənc xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1111 Eyl
İmişlidə 31 yaşlı şəxslə azyaşlı qızın toy mərasiminin qarşısı alındı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0111 Eyl
Azərbaycanlı bacı-qardaş Rusiyada dəhşətli qəzada həlak oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5511 Eyl
“Milliön” terminallarının sayı 6500-ə çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5111 Eyl
71 yaşlı qadın əməliyyatdan sonra şikayətləndi: “Bir ayağımın əvəzinə digərini əməliyyat ediblər” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4311 Eyl
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2210 Eyl
Prezident Qaradağda yeni müəssisənin açılışında iştirak etdi – 240 nəfər işlə təmin olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1710 Eyl
Gəncədə yeniyetməni bıçaqlayan şəxs saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1010 Eyl
Türkiyə yeni beynəlxalq müsabiqə elan etdi – Mesaj Bakıda verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0610 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə