• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Sosioloq: “Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar” [xfvalue_red]

25 Şub, 23 - 18:35

Sosioloq: “Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar”


Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı çoxluq təşkil edib. İllər əvvəlki vəziyyət dəyişir və qızların sayı azalmaqda davam edib. Bu isə cəmiyyətdə kəskin sosial problemlərin carçısıdır. Müşahidələr və statistik göstəricilər göstərib ki, son onilliklərdə Azərbaycanda yeni doğulanlar arasında cinsi nisbətin disbalansı baş verib. Bu isə həqiqətən də ciddi problemdir.

Bəs demoqrafik bəlanın qarşısını necə alaq?

Mövzu ilə bağlı Bizim.media-ya danışan sosioloq Ağasəlim Həsənovun fikrincə, sosial bəlaya qarşı ən effektiv mübarizə metodu maarifləndirmədir. Sosioloq ailələrdə qız uşaqlarına münasibətin dəyişməsi üçün sosial çarxların, kütləvi tədbirlərin köməyi ilə ciddi maarifləndirmə işləri aparmağın vacibliyini qeyd edib:

“Qız və oğlan övladlarının balansı istənilən halda qorunmalıdır. Təcrübə göstərir ki, normal qəbul ediləcək nisbət 49 faizin 51 faizədir. Statistik göstəricilər bu şəkildə olarsa, biz bunu normal hesab edə bilərik. Təəssüf ki, Azərbaycanda son illər yeni doğulanlar arasında cinsi nisbət oğlanların xeyrinə davam etməkdədir.

Bunun təbii bir proses olduğunu şübhə ilə qarşılayıram. Əlbəttə ki, bu məsələdə subyektiv amillərin təsirlərinin rolu var. İlk səbəb ailədə ənənəvi olan baxışların hələ də hakim olmasıdır.

Yəni mütləq şəkildə oğlan uşağının doğulması bir şərt kimi qəbul olunur. Valideynlər bu istəklərinə çatmaq üçün müasir texnoloji yeniliklərin imkanlarından istifadə edərək ana bətnindəki dölün cinsiyyətinə kənar müdaxilələr edirlər. Doğulacaq körpə qızdırsa, aborta gedilir. Bu da həm tibbi, hə də dini baxımdan zərərlidir. Beləliklə, normal gediləcək proseslərin qarşısı alınır. Məlum subyektiv təsirlər nəticəsində disbalans reallıq ortaya çıxır”.

Ağasəlim Həsənovun sözlərinə görə, reallıq odur ki, Azərbaycan ailələrində cütlük oğlan övladının doğulmasını bir ailənin və nəslin davamçısı kimi qəbul edirlər:

“Məhz bu düşüncə hər bir ailədə oğlan övladının olmasını zəruri şərt kimi ortaya qoyur. Fikrimcə, bu baxış yanlışdır və bu istiqamətdə Azərbaycan gənclərinə aşılayacaq xeyli işlər həyata keçməlidir. Dövlət və cəmiyyət olaraq birmənalı şəkildə buna qarşı olmalıyıq. XXI əsrdə belə bir düşüncənin dominant olmasından narahat olmalıyıq və ona qarşı mübarizə aparmalıyıq”.

Sosioloq mübarizə yollarından biri kimi inzibati cəza növünün tətbiq edilməsini də təklif edib:

“Abortla qızın məhv edilməsi faktı olarsa, bu məsələyə qarşı nəzarət gücləndirilməlidir. Abortu həyata keçirən həkimə və qərarı vermiş cütlüyə qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirləri sərtləşdirilməldir. Ona da əmin deyiləm ki, inzibati yollarla aparacağımız sərt mübarizə mövcud problemi tam həll edə bilər. Amma sayının azalmasına və tendensiyanın zəifləməsinə, tədricən isə müsbətə doğru irəliləməsinə şərait yarada bilər. Ən təsirli və mübarizə metodu məhz maarifləndirmədir. Xüsusilə gənc ailələrlə geniş iş aparılmalıdır.

Maarifləndirmə işinə dini, mənəvi və tibbi aspektdən yanaşmaq lazımdır. Bu sahə ilə məşğul olan mütəxəssislər işə cəlb olunmalıdırlar. Universitet auditoriyalarında, layihələr çərçivəsində bu işə təkan verməliyik. Həm də gender bərabərliyi qabardılmalıdır. Məsələyə sosial aspektdən yanaşsaq, ən yüksək işlərdə, vəzifələrdə nümunə çəkə biləcəyimiz xanımlarımız var.

Qadına münasibət dəyişməlidir. Onların da hansısa işlərdə heç də kişilərdən geri qalmaması önə çəkilməlidir. Təkcə onu unutmaq lazım deyil ki, ötən əsrin 20-ci illərində qadına seçmək və seçilmək hüququ verən xalqıq. Azərbaycanda Cümhuriyyət dövründə bu imkanlar yaradılanda bu, əslində qadına verilən ən yüksək dəyər idi. Bu kimi tariximizdə olan müsbət örnəklərdən çıxış edərək, gənclərimizlə iş aparmalıyıq”.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Sosioloq: “Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar”
backend
DYP teleseriallarla bağlı media subyektlərinə müraciət etdi
backend
DYP onlara MÜRACİƏT ETDİ
backend
Tələbə qızlar üçün KİRAYƏ EV VAR: Bəs tələbə oğlanlar?.. - ƏNƏNƏVİ PROBLEM
backend
Zakir Həsənov generalları topladı - Laçın dəhlizi ilə bağlı tapşırıqlar verdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 245

XƏBƏR LENTİ

TƏBİB-də daha iki kadr dəyişikliyi — baş həkim və direktor vəzifədən azad edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0115 Eyl
Yardımlı icra başçısının vəzifədən azad edilməsinin səbəbi məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:5715 Eyl
Xırdalanda evdə qumbara partlayıb — 18 yaşlı qız ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:5415 Eyl
Miqrasiya orqanlarına qəbul imtahanında dəyişiklik edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:5015 Eyl
Sabirabadda 19 yaşlı qadın ölü uşaq dünyaya gətirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5715 Eyl
Gədəbəydə 62 yaşlı kişinin güllələnmiş meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5515 Eyl
İlham Əliyev bir sıra nümayəndə heyətlərini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5115 Eyl
Bakıda “Süleyman camaatı” ilə bağlı məhkəmə: yataqxanalarda dini dərslər keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4615 Eyl
Qardaşını öldürən Xasay Quliyevə hökm oxundu – 17 il 6 ay həbs [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4415 Eyl
İlham Əliyevə verilən 500 min dollarlıq mükafat Qarabağ Dirçəliş Fonduna köçürüləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4215 Eyl
Bakıda motosiklet qəzasında ana və oğlu öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5314 Eyl
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib – SƏNƏDLƏR İMZALANDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5114 Eyl
Maliyyə nazirinin yeni müşaviri təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4714 Eyl
Bərdədə doğuş xəstəxananın həyətində baş verdi – körpə avtomobildə dünyaya gəldi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:4514 Eyl
İlham Əliyev “SABAH. city” innovasiya şəhərciyinin açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3414 Eyl
Məktəblər açılır: BDYPİ-dən sürücülərə və valideynlərə XƏBƏRDARLIQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3314 Eyl
2027-ci ildən fermerlərə böyük dəstək: Yeni subsidiya məbləğləri açıqlanır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0414 Eyl
İranda ABŞ hücumlarına qarşı minlərlə könüllüdən ibarət batalyonlar yaradılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0014 Eyl
Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5814 Eyl
Trampdan Zelenskiyə çağırış: “Rusiyada dizel yanacağına zərbə vurmayın” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5314 Eyl
Azərbaycanda çoxuşaqlı ailə meyarı dəyişə bilər: 3 uşaqlı ailələr də bu kateqoriyaya daxil ediləcək? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4713 Eyl
Xalq artisti Ofeliya Sənani yıxılaraq xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4213 Eyl
Mingəçevirdə çoxmərtəbəli binada yanğın baş verdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4013 Eyl
Si Cinpin: “Kim güclüdürsə, o da haqlıdır” məntiqi rədd edilməlidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2513 Eyl
Türkiyədə mikroavtobus yük maşını ilə toqquşdu: 21 nəfər yaralandı – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:2313 Eyl
İsmayıllıda avtomobil yandı: ölən və yaralananın adı məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3513 Eyl
Səudiyyə aviasiyası Yəmənə 129 zərbə endirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3113 Eyl
Rəşid Məmmədəliyev Macarıstan Böyük Dəbilqəsinin qalibi oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2813 Eyl
Yaponiyada atletika çempionatında kütləvi qida zəhərlənməsi: 28 nəfər xəstəxanaya yerləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1713 Eyl
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsin hökmü açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0913 Eyl
Ayı hücumundan xilas etmək istəyərkən oğlunu güllələdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0712 Eyl
Bakıda qaydaları davamlı pozan motosiklet sürücüsü həbs edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0112 Eyl
“Qalatasaray”da böyük dəyişiklik: 3 ulduz futbolçu göndərilə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5712 Eyl
Qayıq çevrildi, iki qohumu öldü: 15 yaşlı yeniyetmə 3 gün dənizdə qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3512 Eyl
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3212 Eyl
Bakıda “Mercedes”in vurduğu piyada xəstəxanada öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2512 Eyl
Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0312 Eyl
Şuşada Meksika ənənəsi: Hikmət Hacıyev yeni diplomatik təşəbbüsdən danışdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0912 Eyl
Prezident 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planını təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0012 Eyl
Şəkidə çaqqal hücumu: Dörd nəfər xəsarət alıb – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5412 Eyl
Hikmət Hacıyev: Azərbaycan davamlı sülh üçün səylərini davam etdirəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5211 Eyl
Hacıqabul sakini elektrik cərəyanından ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4911 Eyl
Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4311 Eyl
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3811 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə