• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır [xfvalue_red]

23 Eyl, 24 - 08:17

Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır.

2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.

Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin “SABAH” qruplarında ikinci tədris ilində təhsil alacaq.

İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.

Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.

Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Qarabağ Universitetində dərslər bu tarixdə başlayacaq
backend
Kimlər universitetə imtahansız qəbul olur? - SİYAHI
backend
Qarabağ Universiteti üçün vakant yerlər AÇILACAQ
backend
Gələn il Qarabağ Universitetində tədris başlayacaq
backend
Prezident təqaüdü alanlar arasında onlar da var - Foto
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 094

XƏBƏR LENTİ

Hacıqabulda 19 yaşlı qız qardaşı tərəfindən qətlə yetirilib – TƏFƏRRÜAT [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5519 Ağu
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli vəzifəsindən azad olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5119 Ağu
Azərbaycanın axtarışa verdiyi Aleksey Çadayev Rusiya Nəqliyyat Nazirliyindəki vəzifəsindən istefa verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4819 Ağu
Viktor Yuşenko İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4319 Ağu
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3919 Ağu
İlham Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3419 Ağu
Şəmkirdə ağır qəzada ölən Elvin Məmmədovun bu gün doğum günü olacaqdı – FOTO, VİDEO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1719 Ağu
Binədə stadionda 27 yaşlı gənc həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1019 Ağu
Övladlarından ayrı düşən ana iki azyaşlı uşağına qovuşdu – RƏSMİ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0519 Ağu
İran ABŞ-nin dəniz blokadasını yarmaqla hədələdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0319 Ağu
Xızı səhiyyəsində peşəkarlığı ilə seçilən həkim – Bahəddin Abbasov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5218 Ağu
Qadın sağlamlığının keşiyində dayanan peşəkar həkim – Aynur həkim [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:5018 Ağu
Azərbaycanın iki yunan-Roma güləşçisi dünya çempionatında medal qazandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1318 Ağu
28 yaşlı müəllim elektrik cərəyanı vurması nəticəsində ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1118 Ağu
Azərbaycan Rusiyanın 3 vətəndaşı barədə beynəlxalq axtarış elan edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0718 Ağu
İlham Xasməmmədli Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0318 Ağu
AAYDA-da yeni təyinat olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0118 Ağu
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5918 Ağu
Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5718 Ağu
İlham Əliyev Viktor Yuşenko ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5318 Ağu
Qəbələdə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə ifadəsi AÇIQLANDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5118 Ağu
Salyanda 16 yaşlı qızın toyunun keçirilməsi planlaşdırılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4918 Ağu
Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4718 Ağu
Misli Premyer Liqasının 2-ci turunun oyun cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2617 Ağu
İran ABŞ-a məxsus vurulduğu bildirilən hərbi təyyarə və PUA-ların qalıqlarını nümayiş etdirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2417 Ağu
Avqustun 17-də bu rayonlarda elektrik enerjisi olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2017 Ağu
Xocavənd və Şuşanın kəndlərinə Böyük Qayıdış davam edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1717 Ağu
Bərdədə təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1317 Ağu
“Sabah” – “Hapoel Beer-Şeva” matçının biletləri satışa çıxarılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1017 Ağu
Şıxəli Qurbanovun doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0617 Ağu
Goranboyda yük avtomobili qəzaya uğrayıb: Bir tona yaxın yanacaq yola tökülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0417 Ağu
Viktor Yuşenko Bakıya gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0117 Ağu
Bakıda daş karxanasında 65 yaşlı kişi ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0017 Ağu
Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2516 Ağu
Bəxtiyar Vahabzadə – Azərbaycan sözünün və milli düşüncənin böyük siması [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1916 Ağu
Moskva vilayətinə kütləvi dron hücumu: Ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1616 Ağu
Tovuzda 25 yaşlı sürücü ağır qəzada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1316 Ağu
ABŞ-da “doğuş turizmi” ilə bağlı daha 150 vizanın ləğv edildiyi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0716 Ağu
19 yaşlı almaniyalı üzgüçü dünya rekordunu yenilədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0116 Ağu
Polşada 55 metrdən hündür Məryəm Ana heykəli ucaldılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0016 Ağu
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5816 Ağu
Ucarda iki yük avtomobili toqquşub: İki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5516 Ağu
Astarada 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5116 Ağu
Abdullah Zubir “Qarabağ”dan ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4216 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə