
“İlk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışı rüsum ödənilmədən təmin edilsin”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün keçirilən plenar iclasda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı bildirib.
“Digər təklifimiz isə budur ki, müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın”, - deyə komitə sədri bildirib.