
Bakı şəhərinin Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Bağırov" körpüsü ərazisində tunelə yığılan yağış sularının çəkilməsi əməliyyatı başa çatdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN qüvvələri tərəfindən digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Qeyd edək ki, tuneldə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.