
Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Tələt Məcidov bu ordenə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, T. Məcidov 1999-cu ildən 2005-ci ilə kimi Səbail rayonunun icra başçısı olub. O, 2005-ci ildən Azərbaycan Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiridir.
Xatırladaq ki, sabah T. Məcidovun 80 yaşı tamam olur.