
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Növbədənkənar sessiyaya parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.
Bununla da Milli Məclis tətilə buraxılıb.
Bildirilib ki, parlament iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Qeyd edək ki, növbədənkənar sessiyanın ilk iclası iyunun 3-də keçirilib.