Sizi – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, millətimizin dəyərli və nüfuzlu simasını doğum gününüz münasibətilə Estetik Bakı klinikasının kollektivi, ailəm və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin çoxşaxəli fəaliyyətiniz, humanist mövqeyiniz, zəngin mənəvi dünyanız və milli-mədəni irsimizə göstərdiyiniz diqqət bütün Azərbaycan xalqı üçün nümunəvi bir örnəkdir. Dövlətçiliyimizin möhkəmlənməsi, vətəndaş rifahının yüksəldilməsi, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı istiqamətində gördüyünüz işlər hər bir azərbaycanlının qəlbində dərin hörmət və rəğbət doğurur.
Sizə möhkəm cansağlığı, ailə səadəti, xalqımız və dövlətimiz naminə gördüyünüz ali missiyanızda yeni-yeni uğurlar arzu edirik. Uca Tanrı daim Sizə yar olsun!
Dərin ehtiramla,
Əliyeva Əminə Qəhrəman qızı
Estetik Bakı klinikasının rəhbəri
ailəm və kollektivim adından






