
Rusiya qazının Ermənistana tədarükü 10 gün müddətinə dayandırılacaq.
Bu barədə "Qazprom Ermənistan" şirkətinin mətbuat xidmətindən bildirilib.
"16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində "Şimali Qafqaz- Zaqafqaziya" magistral qaz kəmərində planlı təmir işlərinin aparılması ilə əlaqədar bu kəmərlə Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq", - məlumatda qeyd olunub.
Bildirilib ki, Ermənistanda istehlakçılar daxili ehtiyatlar və İrandan əlavə həcmlər hesabına qazla təmin olunacaq.