
Oktyabrın 10-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Tərtər, Şuşa, Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (077-299 11 59) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.