
Bu gün səhər saatlarında Bakı metropolitenində qatarların hərəkətində ləngimələr müşahidə olunub.
Modern.az-a məlumat verən sərnişinlər bildirib ki, qatarlar stansiyalar arasında bir neçə dəqiqə gözləməli olub.
Nəticədə vaqonlarda sıxlıq yaranıb. Qatarlar arasında intervalda da xeyli müddət yaranıb.
Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-ə rəsmi sorğu ünvanlanıb.