
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su təsərrüfatı infrastrukturunun qurulmasına xərclənən vəsaitin həcmi açıqlanıb.
Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, 9 ayda azad edilmiş ərazilərdə su xətləri, kollektorlar və qurğuların çəkilməsinə dövlət büdcəsindən 44,3 milyon manat vəsait xərclənib.
Qeyd edək ki, cari ilin dövlət büdcəsinin 9 aylıq icrasına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə dövlət büdcəsinin xərcləri 2 milyard 567,5 milyon manat təşkil edib.