
Laçın və Kəlbəcər rayonlarında yanğın baş verən dağlıq ərazilərə helikopterlər cəlb olunub.
Alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları havadan və qurudan davam etdirilir.





