
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan Konstitusiyasında təsbit olunan ərazi iddialarının çıxarılmasını birdəfəlik sülhün təmin olunmasına imkan yaradacağını bəyan edib.
Nazir bunu ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.
"Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq", - C.Bayramov deyib.





