
Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafında və xalqlar arasında dostluğun möhkəmləndirilməsində xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
QanunTV.az xəbər verir ki, Sərəncama əsasən aşağıdakı şəxslər dövlət təltiflərinə layiq görülüblər:
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
• Novruzov Cahangir Mütəllib oğlu
“Şöhrət” ordeni ilə
• Aşina Məsud Rüstəm oğlu
“Dostluq” ordeni ilə
• Acar Ziya Zakir Musa oğlu
“Tərəqqi” medalı ilə
• Alaferdov Akif Qədir oğlu
• Kələntər Xəlil Əliməmməd oğlu
• Kərimova Sevinc Kərim qızı
• Pənahova Fəridə Fərhad qızı
• Siracov Bəxtiyar Tahir oğlu
• Zeynalova Xədicə Əbdülrəhim qızı
Qeyd edək ki, təltif olunan şəxslər Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, milli maraqların beynəlxalq müstəvidə təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində göstərdikləri xidmətlərə görə mükafatlandırılıblar.





