
BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya qarşı son kütləvi hücumlarından sonra fövqəladə iclas keçirəcək.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, bu iclas Ukraynanın sorğusu əsasında təşkil olunur. Fövqəladə iclas yanvarın 12-də, bazar ertəsi günü, Kiyev vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 00:00) baş tutacaq.
Nazirin paylaşımında vurğulandığına görə, iclasın keçirilməsində məqsəd Rusiyanın orta mənzilli ballistik raketlərlə həyata keçirdiyi hücumlara beynəlxalq reaksiya göstərməkdir.





