
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Əməkdar jurnalisti Nadejda İsmayılovanı doğum günü münasibətilə təbrik edib.
QanunTV.az xəbər verir ki, Anar Ələkbərov bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib. Paylaşımda tanınmış jurnalistin Azərbaycan mediasının inkişafında uzun illər ərzində göstərdiyi peşəkar fəaliyyəti və xidmətləri yüksək qiymətləndirilib.
Təbrik mesajında Nadejda İsmayılovaya möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulanıb.
Qeyd edək ki, Nadejda İsmayılova Azərbaycan jurnalistikasında səmərəli fəaliyyəti ilə tanınır və bu xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.





